haberL haberR

Kürdlər rusiyalı hərbçinin cəsədini Rusiyaya təhvil verib

Kateqoriya: Region Yayımlama tarixi: 28.04.2016 14:01:01

Kürd könüllüləri İŞİD-in əlinə keçməmək üçün özünü güllələyən Aleksandr Proxorenkonun cəsədini Rusiyaya veriblər

İslamazeri.az RT-ə istinadən xəbər verir ki, kürd “Xalq Qoruma Birlikləri”-nin nümayəndəsi Ridur Xəlil bildirib ki, kürd könüllüləri Palmira yaxınlığında həlak olmuş baş-leytenant Aleksandr Proxorenkonun cəsədini Rusiya hökumətinin nümayəndələrinə ötürüblər. Onun məlumatlarına əsasən, rusiyalı hərbçinin cəsədi artıq Rusiyaya çatdırılıb.

Ridur Xəlil deyib: “Kürd xalq qoruma birlikləri Rusiya Federasiyası hökumətinin xahişi ilə Tadmor yaxınlığında öldürülmüş rus hərbçisinin cəsədini əldə edə biliblər. Bu bizimlə (XQB) İŞİD arasında baş tutan danışıqlar nəticəsində əldə olunub. Bu xüsusi əməliyyat humanitar məqsədlər çərçivəsində həyata keçirilib. Hərbçinin nəşi Rusiya hökümətinə təhvil verilib.”

 

Xatırladaq ki, Aleksandr Proxorenko Suriyanın Palmira şəhəri yaxınlığında terrorçulara avia-zərbələr endirdiyi zaman həlak olub. Terrorçular onun yerini tapıb onu mühasirəyə alan zaman, zabit Proxorenko özünə atəş açıb. Rusiya Müdafiə naziri Proxorenkonun ölümü haqda məlumatı martın 24 yayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.