haberL haberR

Kürdlər Sauraya hücuma keçib 12 kəndi azad ediblər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.05.2016 15:50:25

Kürdlər sutka ərzində İŞİD terror təşkilatının işğalından 12 kəndi azad ediblər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, kürd YPG qoşunlarının bəyanatında deyilir ki, “Suriya Demokratik Gücləri” Suriyanın əs-Saura (digər adı – Tabka) şəhərinə hücumlarını davam etdirirlər: “Bizim güclərimiz Tabka şəhəri istiqamətindəki hücumu davam etdirirlər, 12 kiçik kənd İŞİD terrorçularından azad edilib. Çoxlu sayda terrorçu məhv edilib, təkcə bizim əlimizdə 15 cəsəd var. Döyüş qəniməti olaraq 2 ədə RPD qumbaraatan və 12 ədəd kalaşnikov avtomatı götürülüb.” 

“Suriya Demokratik Gücləri” sıralarındaki itkilər haqda məlumat verilməyib.

Əs-Saura şəhəri Rəqqadan – İŞİD terror təşkilatının “paytaxtından” 40 km uzaqlıqda yerləşir. “Suriya Demokratik Gücləri” beynəlxalq koalisiyanın dəstəyi ilə Rəqqanın Türkiyə sərhəddindən kəsilməsi üzrə əməliyyatı aparırlar. Terrorçular sərhəd vasitəsi ilə silah-sürsat və qüvvətləndirmə alırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.