haberL haberR

Küveytdə Yəmən müzakirələri başlayıb: "Ənsarullah" şərtlərini açıqlayıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.04.2016 15:03:32

Küveytdə Yəmən böhranının həlli üçün təşkil olunan müzakirələrə start verilib.

İslamazeri.az-ın “Ən Nəşrə”-yə istinadən verdiyi xəbərə görə, müzakirələr 4 gün təxirlə BMT-nin xüsusi nümayəndəsi İsmail Vəlidin başçılığı ilə keçirilib.

İsmail Vəlid Yəməndə olan vəziyyətin çox acınacaqlı olduğunu vurğulayaraq, böhranın siyasi yolla həll olunmasının zəruriliyini bildirib.

O, hər iki tərəfi Yəmənin milli mənafeyinə dəstək olmaları və müzakirələrə sadiq qalmaları üçün ciddi səy göstərməyə dəvət edib.

 

Yəmənin “Ənsarullah” hərəkatı Küveytdə keçirilən müzakirələrdə şərtlərini bildiriblər.

İslamazeri.az-ın “Əl Məsirə”-yə istinadən verdiyi xəbərə görə, “Ənsarullah” nümayəndələri və Yəmənin eks prezidenti Əli Abdullah Salehə bağlı olan heyət üzvləri BMT nümayəndəsi ilə görüşdə müzakirələrin irəliləməsi üçün atəşkəsin reallaşmasını şərt olaraq dilə gətiriblər.

Hərəkat topun təcavüzkar tərəfdə olduğunu deyərək, qarşı tərəfin atəşkəsə əməl etməsinin zəruriliyini bildirib.

Hərəkat üzvləri BMT-nin xüsusi nümayəndəsi İsmail Vəlidi atəşkəsin pozulmasına münasibət bildirmədiyinə görə tənqid edərək, müzakirələrdə bitərəf mövqe sərgiləməyini tələb ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.