haberL haberR

Kvettadakı partlayışı "Taliban" üstləndi

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.08.2016 10:38:22

Kvettada 100-yə yaxın insanın ölümünə səbəb olan partlayışın məsuliyyətini Taliban üzərinə götürdü

İslamazeri.az-ın  "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, “Taliban” terror təşkilatının bir qolu olan “Camaatul-Əhrar” Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanadakı partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Son məlumata əsasən, partlayış nəticəsində 93 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb.

“Camaatul-Əhrar”  bu hücumun məsuliyyətini öz üzərinə götürür və bu cür hücumları davam etdirməyə söz verir. Biz tezliklə bu haqda video hesabatı paylaşacağıq.”, - deyə “Taliban” hərəkatının nümayəndəsi Ehsanullah Ehsanın elektron məktubunda deyilir.

Partlayış bazar ertəsi günü səhər tezdən Bəlucistan Vəkillər Kollegiyası Assosasiyasının keçmiş prezidenti Bilal Ənvər Kəsinin öldürülməsindən bir neçə saat sonra baş verib. Onun nəşi xəstəxanaya çatdırılıb, bir müddət sonra isə, tibb müəssisəsinə onun kolleqaları, tanışları və KİV nümayəndələri gələn zaman partlayış baş verib. Bir neçə vəkil yaralanıb, 1 jurnalist həyatını itirib, daha biri isə ağır xəsarətlər alıb. Bəlucistan əyaləti DİN başçısı bildirib ki, partlayışı kamikadze törədib. Hərbi istehkamçılar qrupunun məlumatına əsasən, kamikadzenin kəmərində 8-10 kiloqram partlayıcı maddə olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.