haberL haberR

Laricani: 'ABŞ-ın İrana hücum iddiası boş sözlərdən başqa bir şey deyil'

Kateqoriya: Siyasət Yayımlama tarixi: 29.01.2015 17:52:37

Laricani fikirləri ilə yenidən diqqət mərkəzinə düşüb

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani Amerikanın tez-tez İrana hücumdan dəm vurduğunu, lakin bunu edə bilmədiyini vurğulayıb.
Toplantılardan birində danışan Laricani İranın müstəqil dövlət olduğunu və "Nə Şərq, nə də Qərb" şüarı ilə həqiqi müstəqilliyini ortaya qoyduğunu qeyd edib.

"Amerika tez-tez İrana hücum edəcəyindən dəm vurur, amma bunu bacarmır. Əgər bacarsaydı, çoxdan edərdi".

Bölgədə bəzi kralların müstəqil olduqlarından dəm vurduqlarını bildirən Laricani bu kralların bir telefon zəngi ilə qərarlarını dəyişdirdiyini, İranın isə bu qədər sanksiyalara baxmayaraq, hələ də məğrur durduğunu söyləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.