haberL haberR

Laricani Qərbin “Yeni Yaxın Şərq” layihəsi haqda danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 26.08.2016 09:34:06

İran parlamentinin spikeri Əli Laricani Qərbin “Yeni Yaxın Şərq” layihəsi barədə fikirlərini bildirib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, ölkəni idarə etməyin çətin iş olduğunu deyən Laricani bildirib: “Nağıl danışaraq ölkəni idarə etmək olmaz. Ölkəmiz bu gün bölgənin qarışıq vəziyyətində özünə məxsus nüfuz sahibidir. Bu gün bölgədə bəzi cərəyanlar xəritəni dəyişmək niyyətinə düşüblər. ABŞ rəsmiləri bu mövzunu faş etsələr də, bu layihənin həyata keçməməsinə və xalqları ayağa qaldıran səbəb İran İslam Respublikası olmuşdur. Onlar təzyiq göstərsələr də, uğur əldə etməyiblər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.