Lavrov: ABŞ "Nusra Cəbhəsi"ni öz məqsədlərində istifadə etmək istəyir

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Xarici İşlər naziri ABŞ-ı "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin Suriya qolu olan "Nusra Cəbhəsi" qruplaşmasından istifadə etməkdə ittiham edib.
"ABŞ bildirib ki, onlara 2-3 həftə lazımdır ki, Suriya müxalifətini terrorçulardan ayırsın və belə təəssürat yaranır ki, Amerika "Nusra Cəbhəsi"ni hansısa formada saxlayaraq ondan öz məqsədlərində istifadə etmək istəyir.", - deyə Sergey Lavrov qeyd edib.
“Hazırda amerikalılar deyirlər ki, onlar "yaxşı müxalifəti" “Nusranın”olduğu mövqelərdən yığışdıra bilmirlər və onlara daha 2-3 ay lazım olacaq. Məndə belə təəssürat yaranır ki, burada nəsə oyun var və “Nusra”nı hansısa formada saxlamaq istəyirlər ki, daha sonra onlardan rejimin devrilməsi üçün istifadə etsinlər.”, – deyə Lavrov əlavə edib..
ABŞ dövlət-katibi Con Kerri, Suriya ərazisində bütünlükdə barışıq rejimini bərqərar edəcək yeni razılmaşmanın 1-2 həftə ərzində hazır olacağında ümid edir.
“Bu çox mühüm məqamdır, və biz yaxın 1-2 həftə ərzində razılığa gəlinməyin üzərində ciddi şəkildə işləyirik, hansı ki, bizə bütün ölkə boyu atəşkəs rejimini bərqərar etməyə və humanitar yardımların çatdırılmasına yol açacaq. Bundan sonra insanları (red. – münaqişə tərəflərini) masa arxasında əyləşdirə və siyasi keçid haqda danışıqlara başlaya bilərik.”, – deyə Kerri bildirib.
Dövlət katibi məsələ barədə əlavə təfərrüatlar verməyib. Daha əvvəl dövlət departamenti bildirmişdi ki, Suriyada sülhün möhkəmləndirilməsi üzrə təkliflər Rusiya tərəfinə yönəldilib və ABŞ bu təkliflərə hələ ki, cavab almayıb. Kerri sülhün bərqərar olmasının olduqca vacib olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya tərəfi "Nusra cəbhəsi", "Əhraruş Şam" və İŞİD kimi terror qruplaşmaları ilə atəşkəs və sülh imzalamayacağını öncədən açıqlayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.