haberL haberR

Lavrov: İŞİD Lissabondan Pakistanadək xilafət qurmaq niyyətindədir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.07.2016 9:58:37

Rusiyanın XİN başçısı İŞİD-i dinsiz adlandırdı

İslamazeri.az-ın SANA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov Fələstin Ppravoslav imperator icması ilə görüşdə bildirib ki, digər ölkələrdə rejim dəyişikləyinə çağırışlar edən insanlar, ya uzaqgörməyəndirlər, ya da ki, bu ölkələri məhv etməyə çalışırlar. Nazir qeyd edib ki, Yaxın Şərq xalqları üçün ən əsas təhlükə dini fanatiklərin ideoloji rəqiblərini fiziki aradan qaldırmağındadır.

“İŞİD digər din tərəfdarlarına qarşı repressiyalar ilə kifayətlənmir. Biz hamımız anlayırıq ki, bu strukturun başında duranlar, ruhlandıranlar heç də dindar deyillər. Onlar hakimiyyət, ərazilər uğrunda vuruşan bu insanlardırlar. İŞİD, özünün də bildirdiyi kimi, ilk terror təşkilatıdır ki, “Lissabondan Pakistanadək” xilafət qurmaq istəyir.”, – Lavrov bildirib.

Bu cür dayanıqlı terror təşkilatının yaranması region ölkələrinin daxili işlərinə qarışan zaman buraxılan səhvlərə görə mümkün olub. Rusiyalı nazirin sözlərinə görə, ABŞ qoşunlarının 2003-cü ildə İraqa soxulması həlledici rol oynayıb.

Lavrov bildirib ki, Rusiya Suriya xalqına humanitar yardım göstərəməyə davam edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.