haberL haberR

Rusiya şiə-sünnü münaqişəsindən narahatdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.04.2016 19:46:57

Rusiyanın XİN rəhbəri Sergey Lavrov şiələr və sünnilər arasında parçalanmanın gətirəcəyi fəsadlar barədə xəbərdarlıq edib

İslamazeri.azislamnews” -a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov şiələrlə sünnilər arasında münaqişənin dərinləşməsinin təhlükələri barədə xəbərdarlıq edib.

Lavrovun sözlərinə görə, Moskva, İran ilə Səudiyyə Ərəbistanı arasındakı dialoq və inamın artırılmasının tərəfdarıdır: “Bizim Suriyaya dair olan mövqeyimiz son dərəcə aydındır. Biz “Beynəlxalq Suriyaya dəstək qrupunun” yaradılması haqda razılığa gəlindiyini dəyərləndiririk. "BSDQ" özünə İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün xarici “oyunçuları” daxil edir. Bu (İran və Suriyanın eyni masa ətrafında əyləşməsi) artıq bir şeylərin (red. irəliləyişlərin) olduğu haqda xəbər verir.”

O qeyd edib ki, Rusiya səudiyyəli və iranlı həmkarları ilə olan dialoqda, inamın artırılması mexanizminin yaradılması ideyasını yeridir. Hələ ki, məlum proses çox çətin şəkildə “mənimsənilir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.