haberL haberR

Lavrov və Kerri görüşdü: Suriyaya dair razılıq əldə olunmadı

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 12:39:19

2016-cı ilin əvvəlindən Lavrov və Kerri 40-dan çox danışıq keçirib.

İslamazeri.az-ın "Bloomberg"-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası xarici işlər nazirinin və ABŞ dövlət katibi Con Kerrinin bazar ertəsi günü Çindəki görüşü Suriya üzrə saziş razılaşdırılmadan sona çatıb.

Daha əvvəl, Kerri və Lavrov bazar günü də razılığa gələ bilməyiblər və buna görə də bazar ertəsi günü iki ölkənin Suriya üzrə mövcud fikir ayrılıqlarını aradan qaldıra bilib-bilməyəcəklərini anlamaq üçün görüş haqqında razılaşıblar.

ABŞ dövlət departamentindəki mənbənin sözlərinə görə, G20 sammiti çərçivəsində keçirilmiş yeni görüşdən sonra siyasətçilərin fikir ayırılıqları qalıb.

Sentyab ayının əvvəlində Lavrov bildirib ki, 2016-cı ilin əvvəlindən o və Kerri 40-dan çox danışıq keçirib. Lavrov bu qədər söhbəti misilsiz adlandırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.