haberL haberR

Lavrov və Kerrinin görüşünün baş tutacağı tarix açıqlandı

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 16:29:59

Obama və Putin Suriya üzrə razılığı müzakirə ediblər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Ağ Evdən bildiriblər ki, Rusiya Federasiyası ilə ABŞ arasında Suriya üzrə qalan fikir ayrılıqları "texnikidir". Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri onları bu həftə də müzakirə etməyə davam edəcəklər.

Daha əvvəl məlum olub ki, Rusiya Federasiyası və ABŞ prezindentləri Vladimir Putin və Barak Obama, xarici siyasət təsisatları başçıları Sergey Lavrov və Con Kerriyə Suriya üzrə razılıqlar üzərindəki işləri davam etdirmək üçün görüşmələrini tapşırıblar.

Amerika administrasiyası bildirir ki, Obama və Putin Suriya üzrə razılığı müzakirə ediblər. Bu razılıq onlara diqqəti həm "Əl-Qaidə", həm "Nusra Cəbhəsi", həm də ki, İŞİD qruplaşması ilə mübarizə üzərində cəmləşdirməyə imkan verərdi.

"Qalan fikir ayrılıqları texniki kimi təsvir edilir və sazişin reallaşması prosesinə aiddirlər.", - deyə bəyanatda deyilir. Qeyd edilir ki, Lavrov və Kerrinin yeni görüşü yaxın günlərdə və dəqiqliklə məhz bu həftə baş tutacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.