haberL haberR

Lənkəranda əhali etiraz aksiyası keçirib - (Yeniləndi 2)(Video)(Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 22.02.2015 19:54:03 22390 dəfə oxunub.

Bu gün Lənkəran rayonunun Liman şəhərində aksiya keçirilib

23 fevralda da Lənkəranda aksiya keçirilib. Bu haqda yeni xəbəri oxumaq üçün - bu linkə daxil olun.

 

Bir az əvvəl islamazeri.az-a verilən məlumata görə, bir neçə ağsaqqal İcra hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilib. Onlar problemləri onlara bildiriblər. İcra nümayəndələri İcra hakimiyyətinin inzibati binasında keçirilən görüş zamanı ağsaqallara söz veriblər ki, sabaha problemlər həll ediləcək. Ağsaqallar isə, problemlərin həll edilməyəcəyi təqdirdə yenidən kütləvi aksiyalara başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, bu cavab haqqında fərqli fikirlər səsləndirilir. Sakinlərdən bəzisi problemlərin deyil, sabaha yalnız elektrikin bərpa ediləcəyini önə çəkirlər.

 

15:00- İslamazeri.az-a danışan Liman şəhərinin sakinləri bildiriblər ki, artıq iki gündür elektrik kəsilib. Yollar pis vəziyyətdədir. Mağazaların əksəriyyəti bağlanıb. Dükan sahibləri bildirirlər ki, dollar qalxıb, hər şeyin qiyməti artır. İcra başçısı gəlib ağsaqqallardan bir neçə nəfəri qəbul edib. Hələ ki, onların oradan çıxmasını gözləyirik.

 

14:00 - İslamazeri.az-a Lənkəran sakinlərinin verdiyi xəbərə görə, bu gün saat 12-də  Lənkəran rayonunun Liman şəhərində vətəndaşlar etiraz aksiyası keçirib.

Onlar dolların qalxması, qiymətlərin yuxarı olması, gənclərin işsizliyi və yolların bərbad olmasına etiraz ediblər.

İcra hakimiyyətindən məsul şəxslər aksiyada olan bir neçə nəfəri otağına dəvət ediblər.

Şəkillər açmırsa, aşağıdakı xətti tıklayın:

Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

/haberimaj/habergaleri/0Y7K9T0V8G6K.JPG
  1. Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

  2. Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

  3. Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

  4. Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

  5. Lənkəranda əhali etiraz aksiyası keçirir - (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.