haberL haberR

Lənkəranda ər arvadının boğazını kəsib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 04.01.2015 16:38:55

Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb

 APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də saat 15:00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.

 Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.

 Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər. Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.

 

 Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.