haberL haberR

Lənkəranda İran vətəndaşları qəza törətdi

Kateqoriya: Hadisə Yayımlama tarixi: 28.09.2015 17:54:08

BDYPİ tərəfindən araşdırma aparılır

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İslamazeri.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də saat 19 radələrində Lənkəran şəhərində şəhər sakini Mais İbrahimovun idarə etdiyi “VAZ-21063”, Liman şəhər sakini İlham Əsgərovun idarə etdiyi “VAZ-21074” və İran vətəndaşı Qəmbəri Hüseynin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə İ.Əsgərovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.