Lerikdə qulaq kəsənlər saxlanıldı

Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, bunlar hadisəni törətməkdə şübhəli bilinən Əlirza Əliyev və Natiq İsiyevdir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar bu gün Lənkəran rayonu ərazisində saxlanılaraq istintaqa cəlb olunublar.
İlkin istintaq tədbirləri zamanı saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Lakin onlar bildirib ki, hadisə heç də qulaqları kəsilən Lerik rayonu Veri kənd sakini Rəfail İsiyevin atası Hüseyn İsiyevin dediyi kimi otlaq sahəsinə görə deyil, namus üstündə olub. Belə ki, saxlanılan şəxslərdən biri M. adlı qadının qardaşı, digəri isə həyat yoldaşıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə may ayının 28-i gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə bir neçə nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər - ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lənkəran RMX-dan "Report"a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.