Lev Tolstoyun “Dirilmə”si çap olundu

Nəşriyyatdan İslamazeri.az-a verilən məlumata əsasən, Lev Tolstoy “Dirilmə” əsəri haqqında “Mən bu romandan məmnunam, çünki orda uzun müddət məni məşğul edən şeyləri demişəm.” – deyə bildirirdi. Real hadisədən təsirlənərək yazmağa başladığı və 10 ilə ərsəyə gələn bu əsəri dahi yazıçı həm də milyonlarla oxucuya ünvanlanmış “yığılmış məktub” adlandırırdı.
O dahi şəxsiyyətin yaradıcılıq zirvəsi deyə biləcəyimiz “Dirilmə” romanı haqqındakı araşdırmalar göstərir ki, müəllifin heç bir əsəri nəşr olunan zaman bu roman qədər səs-küylə və maraqla qarşılanmamışdır. Kitab Rusiya ilə eyni vaxtda əksər qabaqcıl ölkələrdə, xüsusən də Avropada sensasiya yaratmışdır. Yüz minlərlə kütlə tərəfindən oxunan kitab uzun müddət dünya ədəbiyyat aləminin müzakirə mövzusuna çevrilmişdi.
“Dirilmə” əsərində o dövrdə Rusiya cəmiyyətində cərəyan edən hadisələr, proseslər canlandırılır. Əsərdə, əsasən, iki şəxsin – Nexlyudovun və Katyuşanın timsalında insanın mənəvi, psixoloji ölümündən və dirilməsindən, Katyuşanın simasında isə aşağı təbəqədən olan qadınların əzablı taleyindən bəhs olunur. Yazıçı tərəfindən dövrün Rusiyasındakı kübar, aristokrat cəmiyyətdə olan çirkinliklər, mənəvi tənəzzül, saxta xoşbəxtliklər və bunun əks qütbündə yer alan kəndçi, yoxsul təbəqənin acınacaqlı həyatı böyük ustalıqla təsvir olunur. Əsərdə nəinki yalnız bədii süjet, həmçinin Tolstoyun siyasi-iqtisadi, fəlsəfi, sosioloji və psixoloji məsələlərə özünəməxsus yanaşması da diqqəti cəlb edir.
Əsərin şöhrəti haqqında bunu demək olar ki, kitab çap olunduğu 1899 ildəcə fransız, alman, ingilis, serb-xorvat və slovak dillərinə tərcümə olunmuş, bir il sonra fin, macar, bolqar, holland, norveç, italyan, polşa bundan qısa müddət sonra isə ispan yapon, fars, türk daha sonra isə rumın, portuqal, çin dilinə tərcümə olunmuşdur. İllər keçdikcə isə əsər demək olar dünyanın bütün ölkələrində işıq üzü görmüşdür.
1907-ci ildən başlayaraq son dövrlərə qədər dünyanın müxtəlif ölkələrində “Dirilmə” romanı əsasında iyirmidən çox film çəkilmişdir.
Əminliklə bu fikiri demək olar ki, Tolstoy dühasını “Dirilmə” romanını oxumadan dərk etmək mümkün deyil.
Kitab artıq şəhərin kitab mağazalarında satışdadır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.