Leyla Yunus ilin sonunadək yaşamayacağını bildirib
Bu ilin iyulundan həbsdə olan hüquq müdafiəçisi 13 kilo arıqlayıb

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun səhhətində olan problemlər onun həyatı baxımından təhlükəli hala gəlib. Şəkər xəstəliyindən əziyyət çəkən hüquq müdafiəçisi 13 kilo arıqlayıb və günbəgün xəstəliyi ağırlaşmaqdadır.
Noyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov hüquq müdafiəçisinin səhhətinin ağır olması xəbərini təsdiqləyib. Görüşdən sonra vəkil açıqlamasında bunları deyib: “Həbs edildiyi gün onun çəkisi 61 kiloqram idi, indi isə 48 kiloqramdır. Normal yeyə bilmir, gücdən düşüb, boğazındakı ağrılar normal yeməyə imkan vermir, yedikdən sonra qusur. O, həmçinin görüşümüz zamanı ilin sonuna qədər yaşamayacağını dedi. Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Leyla Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib. Lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib. Bu da birbaşa qanun pozuntusudur".
Hüquq müdafiəçisinin qızı Dinara Yunusova da anasının səhhətində yaranan problemlərlə bağlı öz narahatçılığını dilə gətirib.
Qeyd edək ki, Leyla Yunus bu ilin iyulunda həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. (musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.