haberL haberR

Leyla Yunus məhkəmədə qulaqlarını yumdu (Video)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.12.2015 21:16:20

Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun şikayətinə baxılıb.

Səhhətində yaranmış problemlə əlaqədar onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi gözlənilirdi. Amma bu baş vermədi.

Prosesdə Leyla Yunusun vəkilləri son çıxışlarını ediblər. Yunusovlara bəraət hökmü çıxarılmasını istəyiblər. Prokurun çıxışı zamanı Leyla Yunus etiraz olaraq əlləri ilə qulaqlarını  tutub. Hakim təqsirləndirilən şəxslərin son çıxışı üçün məhkəməni 10 dekabra təxirə salıb. Vəkillər bildirib ki, son çıxış üçün məhkəmədən vaxt istəməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Arif Yunus haqda həbs qətimkan tədbirinin çıxarılması barədə qərar verib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.