haberL haberR

Leyla Yunus təcridxananın tibb məntəqəsinə köçürülüb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.08.2015 18:45:24

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus alman professor Kristian Vittin müayinəsindən sonra Bakı təcridxanasının tibb məntəqəsinə köçürülüb

Bu barədə "Turan İA"-a vəkil Elçin Qəmbərov məlumat verib. Vəkilin sözlərinə görə, professor Vitt Leyla Yunusu ötən həftənin sonlarında müayinə edib və onun tibb məntəqəsinə köçürülməsini tövsiyə edib. Çünki kamera şəraitində müalicə mümkün deyil: "Leyla Yunusun vəziyyəti kafidir. Hökm ona hər hansı psixoloji təsir göstərməyib, çünki gözlənilən idi".

 

Vəkil həmçinin bildirib ki, Leyla Yunusdan sonra professor MTN təcridxanasında Arif Yunusu da müayinə etməlidir.

 

Hazırda müdafiə tərəfi Leyla Yunusun barəsində hökmdən apellyasiya şikayəti hazırlayır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.