Leyla Yunusla bağlı yeni rəsmi xəbər yayılıb

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən islamazeri.az-a verilən məlumata xəbərə görə, məlumat da deyilir:
Əvvəllər məlumat verildiyi kimi, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.
Təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilıb, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.
Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov daxil edilib.
Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.