Leyla Yunusun vəziyyəti yenə pisləşib

Diabet xəstəliyi onun gözlərində problem yaradıb. Belə ki, sol gözü tutqunlaşıb.
Məlumatlı mənbələrdən Turan-a məlum olub ki, hepatit C onun ciyərini dağıtmaqda davam edir. Bundan başqa demək olar ki, mədəsi çalışmır, güclü diareya başlayıb və bu səbəbdən qida qəbulu ilə bağlı ciddi problemləri var ( o, bir ildən çoxdur ki, isti yemək yemir). Nəticədə çox arıqlayıb (hazırda 40 kq.-dan bir az çoxdur), güclü başgicəllənməsi var.
Eyni zamanda məlum olub ki, Leyla Yunus öd kisəsi daşının çıxarılması ilə bağlı əməliyyat olunmalıdır, lakin bunu həbs şəraitində etmək mümkün deyil.
Son vaxtlar onun həyat yoldaşı Arif Yunusun da vəziyyəti pişləşib. O, ölkədən çıxmamaq haqda iltizam ilə azad edilib. A.Yunusda hipertoniyanın kəskinləşməsi müşahidə edilir, arterial təzyiq stabil deyil, bəzən 200/100-dən çox olur.
O, həyat yoldaşının durumunu çox ağır qarşılayır və vəziyyətinin pis olmasının əsas səbəbi budur. Onun ürəyinin funksiyası, ətraf orqanlarınını qanla təchizatı zəifləyib. Bu da ayaqlarının şişməsinə gətirib çıxarıb və çətinliklə yeriyir (Azadlıq qəzeti).
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.