haberL haberR

"Like edənləri istintaqa çağırırlar"

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.06.2016 13:56:36

''Hər şey aydındır, məqsəd Fuad Qəhrəmanlını həbsdə saxlamaqdır''

Ötən ilin dekabrın 15-də həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Facebook statuslarını bəyənənləri istintaqda şahid qismində dindirib, onların ifadələrini sübut kimi təqdim ediblər.

Məlumatı Meydan TV-yə vəkil Yalçın İmanov verib.

Vəkil deyib ki, Fuad Qəhrəmanlı Facebook statuslarına görə həbs edilsə də, onun işi Nardaran hadisələri zamanı həbs olunanlar barəsindəki cinayət işinə birləşdirilib.

Yalçın İmanov istintaqın yekunlaşdığını və tərəflərin iş materiallarıyla tanış olduğunu deyib.

Ancaq vəkil istintaqın birtərəfli, qərəzli aparıldığını da əlavə edib.

"İstintaq obyektiv araşdırma aparmağa yox, yalnız ittiham üçün dəlillər toplamağa çalışıb. Ancaq yenə də Fuad Qəhrəmanlıya qarşı ittihamı sübut edəcək ciddi heç nə ortaya çıxara bilməyiblər. Ona görə də materiallarla tanışlıqdan sonra istintaq orqanına Fuad Qəhrəmanlı barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət təqdim etdik. Amma təmin olunmadı. Hər şey aydındır, məqsəd Fuad Qəhrəmanlını həbsdə saxlamaqdır",- Yalçın İmanov belə deyib.

O, Fuad Qəhrəmanlının həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə məhkəmə qarşısına çıxarılacağnı söyləyib.

Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.