haberL haberR

Livan Hizbullahı Hələbin cənubuna döndü: İki kənd "Əl Qaidə"dən azad olundu - Video

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.06.2016 10:46:08

Hələbin Zeytan və Xalsa kəndləri xəvaric terrorçulardan azad edilib

İslamazeri.az-ın "Məsdər" agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya ordusu və Livan Hizbullahının Hələbdə uğurlu anti-terror əməliyyatları davam edir.

Məlumata görə, Dəməşq əyalətinin Şərqi Quta rayonunda terrorçuların hücumunu dəf etmək üçün Hələbin cənubunu tərk edən Livan Hizbullahı, bu həftənin əvvəlində geri dönüb və əməliyyatlarda xeyli irəliləyiş qeydə alınıb.

Belə ki, "Nusra cəbhəsi" terror qruplaşmasının bir müddət öncə Hələbin cənubunda ələ keçirdiyi Zeytan və Xalsa kəndləri  çərşənbə axşamı və çərşənbə günü tamamilə "Əl Qaidə"nin Suriya qolu olan "Nusra cəbhəsi"ndən təmizlənib. Bu döyüşdə İran İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri, İraq "Nücəba hərəkatı" könüllüləri və Livanın Hizbullah təşkilatının əsgərləri iştirak edib.  

Xalsadakı döyüş zamanı hər iki tərəfdən itki verildiyi və 2015-ci ildən bu yana Hələbin cənubundakı ən ağır döyüşlərdən olduğu "Məsdər" agentliyinin müxbiri tərəfindən önə çəkilib. "Nusra cəbhəsi"nin çox sayda itki verdiyi bildirilir.

Təsdiqlənməmiş məlumatlara görə, İran İnqilab Keşikçiləri Korpusu, İraq "Nücəba hərəkatı" və Livanın Hizbullah təşkilatı 22 nəfər itki verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.