haberL haberR

Livan Hizbullahı və Yəmən Ənsarullahından Brüssel terroruna münasibət

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.03.2016 11:38:02

Livan "Hizbullah" partiyası ilə Yəməndə xalqın "Ənsarullah" hərəkatı, Belçikadakı terrorla bağlı diqqət çəkən açıqlama veriblər

İslamazeri.az-ın verdiyi xəbərə görə, Livan "Hizbullah" partiyasının yaydığı açıqlamada Brüsseldəki partlayışın fitilinin bəzi rejimlər tərəfindən Suriyada alışdırıldığını bildirilib. Livan mediasında yayımlanan açıqlamada "Dünya şəhərlərində həyata keçirilən bu cinayətlərin məsuliyyət təkfirçiləri canlı qüvvə, mənəvi və maddi baxımdan dəstəkləyən bəzi bölgə və dünya ölkələrinin üstündədir. Bu partlayışlar bir daha bu terror qruplaşmalarının həqiqi təhlükə olduğunu sübut etmiş oldu və xüsusilə Avropa olmaqla bütün dünyanı yandıra biləcək atəşin, bəzi ölkələrin Suriya və digər bölgə ölkələrində yandırdıqları atəşin əsil həqiqətini bir daha üzə çıxardı. Terrorla mübarizə üçün ciddi cəsarətli addım, bölgə və beynəlxalq miqyaslı əməkdaşlıq və açıq, şəffaf bir siyasətə ehtiyac var. Təbii ki, bununla birlikdə terrorizmə dəstək verən ölkə və qurumlar dəstəkərini dayandırmalıdırlar. Amma bu mövzuda səssiz qalmaq böyük bir xətadır və bu, ölümlərin artmasına səbəb olacaqdır.", - deyə bildirilir.

Hazırda Yəməndə dövlət terroru ilə üz-üzə qalan Yəmən "Ənsarullah" hərəkatı da buna bənzər açıqlaması ilə diqqət çəkib. Hərəkatın sözcüsü Muhəmməd Əbdüssəlam özünün sosial şəbəkə pofilində Belçikadakı terrora münasibət bildirib. Əbdüssəlamın şərhində deyilir: "İslam ilə heç bir əlaqəsi olmayan partlayışları qəti şəkildə qınayırıq. Bu məsələ ilə eyni vaxtda diqqətləri Yəmənə nüfuz etmək istəyən təkfirçi qruplaşmalara qarşı sabitlik və əminamanlığı qorumaq üçün böyük problemlərlə üzləşən ölkəmizə çəkmək istəyirəm və bu an güney əyalətlərdə meydana gələnlər, bu ölkəni faciə ilə üz-üzə qoymasının açıq sübutudur. Brüssel hücumları, bəzi bölgə və dünya ölkələrinin öz maraqları üçün faydalanmaq istədikləri təkfirçi düşüncənin hər kəs üçün təhlükəli olduğunu isbatladı."

"Ənsarullah" rəsmisi bəzi ölkələrin təkfirçiləri dəstəkləməsilə bağlı mövqelərini təkrar gözdən keçirməsini də öz sosial şəbəkə profilində qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.