haberL haberR

Livan kəşfiyyatı ilə "Hizbullah" ilin ən uğurlu əməliyyatını keçirdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 15.08.2015 16:00:16

Vəhhabi lider Beyrut Beynəlxalq Hava Limanında həbs edilib

İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərə görə, Livan kəşfiyyatı ilə “Hizbullah” müqavimət hərəkatının birgə keçirdiyi xüsusi əməliyyat zamanı vəhhabi terrorçu şeyx Əhməd əl-Əsir Beyrut Beynəlxalq Hava Limanında həbs edilib.

Təsdiqlənməmiş məlumata əsasən, o, Misirə getmək istəyərkən saxlanılıb.

Qeyd edək ki, Əhməd əl-Əsir 2013-cü ildə Livan ordusuna qarşı Ədra rayonunun Sidon şəhərində silahlı hücum təşkil etdikdən sonra həbsi üçün Livan höküməti tərəfindən qərar çıxarılıb. Əhməd əl-Əsir Əbra məscidində vəhhabi ideologiyasını yaymaqla və terrorçu çıxışları ilə tanınıb. Livan ordusunun Əbra regionunda keçirdiyi əməliyyat zamanı Əhməd əl-Əsirin terrorçuluğu təbliğ etdiyi məsciddə və  evində iri çaplı və digər silah-sursat aşkar edilib. Terrorçu vəhhabi şeyxinin Livan ərazisindən Suriyaya qaçaraq orada fəaliyyət göstərən “Nusra Cəbhəsi” və digər terorrçuların yanında sığınacaq tapdığı barədə məlumatlar verilirdi. Əhməd əl-Əsir Livan ordusunun əsir götürülən əsgərlərinin edam edilməsi və qaçırılmasında fəal iştirak edib.

O, Livanda vəhhabiliyin və məzhəblərarası qarşıdurmanın qıcıqlandırılmasında aktiv fəaliyyətdə olub.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.