Xəbərdarlıq mesajı

Daxil olmaq istədiyiniz səhifəyə yaş məhdudiyyəti qoyulub. Səhifəni 18 + olanlar izləyə bilər...

Bəli, 18 yaşından böyüyəm Xeyr. 18 yaşından kiçiyəm
haberL haberR

Livan Ordusu terrorçuları məhv edərək, bölgəyə tam nəzarəti ələ keçirtdi- (Foto, 18+)

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.01.2015 14:22:04 4003 dəfə oxunub.

Livan Silahlı Qüvvələri: Rəsul Bələbək bölgəsinin əl-Həmra təpəliyi və Ummu Xalid məntəqəsində qarşıdurmalar zamanı Sələfi yaraqlılar ağır zərbələrə məruz qalıb

İslamazeri.az-ın "ABNA"ya istinadən verdiyi xəbərə görə, Livanın şimal-şərq bölgəsi olan Rəsul Bələbək məntəqəsində "Nüsrə Cəbhəsi" və "İŞİD" terror qruplaşmaları ilə Livan Ordusu arasında baş verən qarşıdurmalarda Ordu qüvvələri qələbə çalaraq, Bələbək məntəqəsində nəzarəti ələ keçiriblər.

Həmçinin, bu əməliyyatda Ordu Qüvvələri yaraqlıların komandiri də daxil olmaqla 5 terrorçunu öldürməyə nail olub.

Livan Silahlı Qüvvələrindən verilən məlumatda bildirilib ki, Rəsul Bələbək bölgəsinin əl-Həmra təpəliyi və Ummu Xalid məntəqəsində baş verən qarşıdurmada yaraqlılar ağır zərbələrə məruz qalıb. Ordu Qüvvələri qeyd olunan iki məntəqəni tam sürətdə nəzarəti altına keçirib.

Livanın Suriya ilə sərhəd məntəqəsində yaraqlılar ilə Livan Ordusu arasında baş verən döyüşlərdə isə, 8 Livan əskərinin dünyasını dəyişdiyi bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.