haberL haberR

Livan parlamentinin sədri: Hizbullahı boykot edənlər ilk öncə məndən başlasınlar

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.06.2016 1:01:06

Livan parlamentinin sədri Hizbullah hərəkatını müdafiə edib

İslamazeri.az “Ən Nəşrə”-yə istinadən verdiyi xəbərə əsasən, Livan parlamentinin Nəbih Berri, ABŞ-ın maliyyə naziri müavini Dainel Qlaserlə görüşdə Hizbullahın baykot edilməsindən danışıb. 

“Hizbullah”-ı müdafiə edən Berri  “Əgər ABŞ bu təşkilatı boykot etmək istəyirsə öncə məndən başlamalıdır. Mən ABŞ-ın bu qərarına təəccüblə yanaşıram. Çünkibu addım Livanın məhvinə səbəb olacaq bir addımdır. “Hizbullah”-la əlaqəsi olan hər kəsi cəzalandırmaq fikriniz var? Belədirsə mən onların ilk müttəfiqiyəm. Bu təşkilata dəstək verənlər yalnız şiələr deyil. Təşkilat müxtəlif siyasi qruplar tərəfindən dəstəklənir.”, -deyə bildirib.

Görüş əsnasında ABŞ rəsmisinin bu sözlərə heç bir söz demədiyi bildirilir.

Qeyd edək ki, Livanda hökümət bölgüsünə görə, prezident məsihi, baş nazir sünni, parlament sədri isə şiə olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.