haberL haberR

Livan terrorçularının rəhbərinin başı bəlada

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 27.07.2016 11:38:07

Livan terrorçularının lideri Əhməd Əl Əsirin saxlaıldığı həbsxana dəyişdirilib

İslamazeri.az-ın Livan mediasına istinadən verdyi xəbərə görə, Livanda terror təşkilatı yaratmaqda, xarici ölkələrə işləməkdə ittiham olunan vəhhabi lideri Əhməd Əl Əsirin həbsxanası dəyişdirilib.

Bağlı təcridxanada saxlanılan Əhməd Əl Əsir artıq "Roumieh" həbsxanasına göndərilib. Bu haqda ölkənin DİN-i də məlumatı təsdiq edib.

Terrorbaşının çox sayda düşməninin olduğu "Roumieh" həbsxanasında problemlər yaşayacağı ehtimal olunur.

Qeyd edək ki, Əhməd Əl Əsir Livandakı "Nusra Cəbhəsi" terror qruplaşmasının lideri olaraq tanınırdı. O Livan höküməti, o cümlədən Livan Hizbullahı ilə düşmənçilik edir və xarici ölkələrlə əməkdaşlıq edərək ölkədəki terrorçuların bir qismini idarə edirdi.

Onun bir neçə etirafını təqdim edirik

1. Əl Əsirin maaş etitafı

2. Terror etirafları

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.