haberL haberR

Livanda "Nusra cəbhəsi"nin liderinin şəxsi həkimi həbs edildi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.07.2016 10:05:38

Livanda xüsusi əməliyyat zamanı "Nusra cəbhəsi"nin liderinin şəxsi həkimi həbs edildi

İslamazeri.az-ın Livan mediasına istinadən verdiyi xəbərə əsasən, Livan ordusunun hərbi kəşfiyyat və əks-kəşfiyyat baş idarəsi Bəkaa vadisində xüsusi-əməliyyat keçirib, əməliyyat zamanı Qələmun rayonunda "Nusra Cəbhəsi" terror təşkilatı liderlərindən olan Əbu Malik ət-Təllahibin  şəxsi həkimi həbs edilib.

NNA agentliyinin məlumatına əsasən, hərbi patrullar ötən günü çobil blokpostlar quraşdıraraq və keçən bütün avtomobil və vətəndaşların yoxlanılmasına başlayıblar. Bundan əlavə, sərhədyanı ərazi yazxınlığında yerləşən suriyalı qaçqınların düşərgələrində reydlər keçirilib. Həbs edilmiş həkim C.Şərafəddin Suriya vətəndaşıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.