haberL haberR

Livanın daxilində Hizbullaha qarşı bank məhdudiyyətləri baş tutmadı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.05.2016 16:38:39

Livan höküməti “Hizbullah”-ın bank problemlərini tez bir zamanda həll edəcəyini söz verib

İslamazeri.az-ın Livan mediasına istinadən verdiyi xəbərə əsasən, ölkənin baş naziri Tamam Salam ABŞ-ın “Hizbullah” təşkilatı əleyhinə tətbiq etdiyi embarqoların və bundan təsirə düşən bəzi Livan bankları ilə yaranmış problemlərin həlli üçün çalışdığını elan edib.

Baş nazirin sözlərin görə, bu barədə işləri maliyyə naziri Əli Həsən Xəlil və mərkəzi bank rəhbəri Riyad Səlamə aparır.

Tamam Salam bu mövzunun mediadan və siyasi məsələlərdən kənar olaraq həll olunmasının zəruriliyini bəyan edib.

Qeyd edək ki, ötən həftə “Hizbullah”, tətbiq etdiyi sanksiyalara görə Livanın Mərkəzi Bankını sərt şəkildə tənqid etmişdi.

Onu da qeyd edək ki, Livanda bəzi banklar Livan Hizbullahının müxalifi, Səudiyyəyə bağlı  "Müstəqbəl" hərəkatının lideri Səəd Həririnin birbaşa və dolayı yollarla təsiri və nəzarəti altındadır. Həriri hazırda dünyanın ən varlı şəxslərinin siyahısına daxildir. Forbesin sıralamasına görə, Həriri 522-ci ən varlı şəxsdir. Onun 4, 1 milyard dollarlıq varidatının olduğu bildirilir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.