haberL haberR

Livanın şərqində partlayış baş verib

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.09.2016 16:38:18

Hadisə suriyalı qaçqınların yaşadığı ərazidə baş verib.

İslamazeri.az-ın "ParsToday"-ə istinadən verdiyi xəbərə əsasən, Livanın şərqində bombanın partlaması nəticəsində  iki suriyalı uşaq yaralanıb.

Bu gün səhər saatlarında Suriya qaçqınlarının yaşadığı və Livanın şərqində yerləşən Mocədəl Ancar şəhəriciyinin qarşısında partlayış baş verib, nəticədə iki suriyalı qız yaralanıb.

Bombanın partlaması yaxınlıqda yerləşən evlərə və park edilmiş maşınlara zərər burub. Bu artıq Livanın şərqində bir həftə ərzində baş vermiş 2-ci partlayışdır.

Daha əvvəl, Bəka Zəhla əyalətininin inzibati mərkəzində partlayıcının partlaması nəticəsində bir suriyalı qaçqın qadın həyatını itirib, 11 livanlı isə yaralanıb. Yaralıların əksəriyyətini qadın və uşaqlar təşkil edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.