haberL haberR

Livanlı siyasətçi: Ordu və müqavimət Livanı terrordan müdafiə edəcək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.06.2016 14:23:38

Siyasətçi, müqavimət olmadan Livanda terrorun güclənəciyini bildirib

İslamazeri.az-ın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, Livan parlamentinin keçmiş deputatı Emil Lahud təsdiqləyib ki, Suriya ordusu ilə çiyin-çiyinə duran Livan müqaviməti terrorizmlə mübarizə aparıb və aparacaq. Müqavimət çoxdan ekstremizm və terrorizm ideologiyasının Suriya və Livanda yayılmasının təhlükəli fəsadları haqda xəbərdarlıq etmişdi.

Siyasətçinin sözlərinə görə, Livanın sərhədyanı ərazilərində baş vermiş son faciəvi hadisələrdən sonra hamıya son dəfə məlum oldu ki, terrorizm heç bir istisna olmadan bütün livanlılar üçün birbaşa təhdiddir. Bununla əlaqəli, Lahud, “xalq-ordu-müqavimət” formulasının realizasiyasının əsasında yenidən Livan milli birliyinin möhkəmlədilməsinə səsləyib. O, qeyd edib ki, Livan ordusu və müqavimət Livanı birgə terrorizmdən müdafiə edəcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.