haberL haberR

Liviya İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulmaq niyyətindədir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.07.2016 11:12:49

“Biz İslam koalisiyasındaki öz rolumuzu aktivləşdirmək və həmçinin də İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulmaq qərarına gəldik.”

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, bu gün Liviya Milli Birlik Hökumətinin başçısı Fayez əs-Sərrac Ərəb Dövlətləri Liqasının Mavritaniyada keçirilən sammitinin açılışında çıxış edərək bildirib ki, Liviya ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmağı planlaşdırır.

BMT dəstəyi ilə yaradılmış Milli Birlik Hökümətinə sadiq qüvvələr cari ilin may ayından Siirtdə İŞİD əleyhinə əməliyyat aparır.

“Biz İslam koalisiyasındaki öz rolumuzu aktivləşdirmək və həmçinin də İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulmaq qərarına gəldik.”,- deyə Əs-Sərrac bildirib.

Xatırladaq ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya 2014-cü ildən mövcuddur və İraq və Suriyada fəaliyyət göstərir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.