Liviya Milli Ordusunun komandanı: Ordu Siirtdəki döyüşlərdə iştirak etmir

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar verdiyi müsahibədə bildirib ki, Liviya ordusu İŞİD terror təşkilatı tərəfindən tutulmuş Siirt şəhərindəki hərbi əməliyyatlarda iştirak etmir, lakin əməliyyat aparanlara uğurlar arzulayır.
Həftar 2014-ci ildə seçkilərdə seçilmiş parlamentə sadiq orduya rəhbərlik edir. Siirtdə İŞİD-ə qarşı əməliyyatı BMT-in dəstəyi ilə Tripolidə yaradılmış Milli Birlik Hökumətinin qüvvələri aparır. Onların əsasını Misrata şəhərindən olan silahlı dəstələr təşkil edir.
"Biz hərəkət etməmək əmri almışıq. Sözsüz ki, Misratadan olan qüvvələrə onların missiyasında uğurlar arzulayırıq və onların verdiyi itkilərin acısını bölüşürük.", - deyə Həftar bildirib.
O qeyd edib ki, əməliyyat ordu ilə koordinasiya olmadan keçirilir. Komandan əlavə edib ki, daha sonra Silahlı Qüvvələr bütün silahlı dəstələrin öz tərkibinə daxil olması haqda razılaşmağa ümid edir.
Bildirilirdi ki, avqust ayının sonu Siirtdəki dəstələr İŞİD nəzarətində olan son rayonlara həlledici həmləyə başlamışdılar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.