"Lyuk" qapaqlarını oğurlayan dəstə tutuldu

Bakıda dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarını oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib.
Dərhal həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu qəbildən olan silsilə oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Bərdə rayon sakini Ülfan Alıyev saxlanılıb.
İlkin dindirmə zamanı onlar cinayət törədərkən M.Həsənovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.