haberL haberR

Məhşur İtaliya mafiyasının gizli görüntüləri yayıldı (VİDEO)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 19.11.2014 20:16:02

Dünyanın ən məşhur mafiyalarından olan "Ndrangheta"nın gizli keçirdiyi mərasimin ilk dəfə görüntüləri yayılıb.

İtaliya polisinin gizlicə çəkdiyi görüntülərdə mafiyanın yeni üzvlərinin "bağlılıq andı" etdiyi öz əksini tapıb. 
"Independent" qəzeti yazır ki, İtaliyanın şimalında bir fermada gizlicə çəkilən görüntülərdə mafiya üzvləri Ay işığı altında and içirlər. Mafiya üzvləri, and əsnasında yeni qatılanlara "xainlərin özlərini öldürmələri" və yanlarında hər zaman "əlavə bir güllə" daşımaları lazım olduğunu xatırladır. Bağlılıq andı isə belədir: "Bu müqəddəs axşamda, gecənin səssizliyində, ulduzların işığının və Ayın görkəminin altında müqəddəs zənciri yaradıram (müqəddəs birliyi)...."

Polis gizli çəkilişi hansı yolla əldə etdiyi barədə hər hansı bir məlumat verməsə də, mafiyanın yeni üzvləri arasında birinin 17 yaşlı şəxs olduğunu açıqlayıb. Milanlı prokuror İlda Boccassini görüntülərin kokain qaçaqçılığı edən mafiyanın "ənənələrin gücünü istifadə"yə aid dəlil olduğunu bildirib. Prokuror mafiya üzvləri arasında keçən telefon danışıqlarının da ələ keçirildiyini və üzvlərdən birinin danışıq zamanı "əgər pulu ödəməzsə başını kəsərəm" dediyini sözlərinə əlavə edib. (anspress)

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.