haberL haberR

Məkkədə Quran müsabiqəsi başlayır

Kateqoriya: İslam Yayımlama tarixi: 12.11.2014 14:14:55

Məkkə şəhərinin əl-Həram məscidində Quran müsabiqəsi başlayır

Noyabrın 15-də Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki "əl-Haram" məscidində kral Əbdül Əzizin şərəfinə hər il keçirilən müqəddəs Qurani-Kərimin əzbərlənməsi, qiraəti və təfsiri üzrə beynəlxalq müsabiqə başlayacaq.

 

İslamazeri.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İslam, Vəqflər, Təbliğat və Nəsihətlər üzrə Nazirliyinin təşkil etdiyi müsabiqədə 59 ölkəni təmsil edən 138 nəfər iştirak edəcək.

 

Qeyd edək ki, sözügedən tədbir bu il artıq 36-cı dəfə keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.