haberL haberR

Məscidi Əqsada yenə atışma çıxdı, sionist rejim Qüdsə heç kimi buraxmır

Kateqoriya: İslam Yayımlama tarixi: 25.10.2014 13:40:22

Sionist ordusunun əsgərləri fələstinli gənclərə atəş açdı

İslamazeri.az “Shafaqna”ya istinadən xəbər verir ki, dünən Cümə namazı zamanı İsrail ordusunun əsgərləri 40 yaşdan az olan fələstinliləri Məscidi Əqsaya buraxmadığı üçün qarşıdurma yaranıb.

Əsgər və polislər şiddətə əl atdığı üçün namaz qılmağa gələnlər də onlara qarşılıq verib. Dava zamanı bir neçə fələstinli gənc həbs edilib. Bundan başqa, ara məhəllələrdə gənclərə atəş açılıb və bir neçə nəfər yaralanıb. Məscidə girə bilməyən minlərlə insan isə namazı küçələrdə asfaltın üzərində qılmağa məcbur olublar.

Qeyd edək ki, İsrail hökuməti Məscidi Əqsaya 40 yaşdan aşağı olan fələstinliləri içəri buraxmamaq haqqında əmr verib. Bundan başqa, Qüds şəhərinə başqa şəhərlərdən gələn fələstinlilərin sayını azaltmaq üçün şəhərin girişlərinə nəzarət məntəqələri qurulub. Sionist rejim hazırda şəhərə heç kimi burxamır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.