haberL haberR

Məşhur fəala Misiri tərk etmək qadağası qoyuldu

Kateqoriya: Siyasət Yayımlama tarixi: 22.10.2014 13:45:07

2011-ci il üsyanında həbs edilən məşhur fəal Tailandın paytaxı Banqkoka gedərkən saxlanılıb.

Islamazeri.az saytı "Press Tv"-yə istinadən xəbər verir ki, Qahirə Hava Limanının rəsmiləri bildirib ki, onlar dünən ölkəni tərk etməyə çalışan məşhur fəal Əsma Məhfuzanı saxlayıblar. Əsma Məhfuzaya ölkəni tərk etmək qadağası qoyulub.
Xatırladaq ki,  o,  2011-ci ilin fevralında Hüsnü Mübarək rejimini devirib, Məhəmməd Mürsini hakimiyyətə gətirən inqilabın əsas simalarından biri idi.
Məhəmməd Mürsi, Misirin tarixində ilk demokratik yolla seçilən prezident idi.  2013-cü ilin iyul ayında ordu  komandiri Əbdül Fəttah Sisi çevriliş etdi və hal-hazırda Sisi ölkənin prezidentidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.