haberL haberR

M. Qurbanlı: "Peyğəmbərlər bu gün sağ olsaydı Azərbaycanda yaşamaq istəyərdilər" (Foto)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 16.09.2015 13:33:01

Bakıda "Dini və Milli Tolerantlıq - Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı beynəlxalq forum keçirilir
İslamazeri.az-ın konfransda olan əməkdaşının verdiyi xəbərə əsasən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən "Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı forumda ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak edirlər. 
 
Forumu qısa salamlama ilə BAMF-ın sədri Umud Mirzəyev açıq elan edib. Umud Mirzəyev Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən söz açıb.
 
Daha sonra isə Azərbaycan Respublikasının Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullah, AR Milli Məclisinin vitse-prezidenti Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AR-nın Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmər Cavadlı, Dini Xəbər yazarları Assosiasiyasının Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, AR Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxış ediblər.
 

Yazıçı Kamal Amdullah çıxış edərkən bildirib ki, Azərbaycanın müxtəlif məntəqlərində məscidlər, kilsələr, sinaqoqlar və məbədlər mövcuddur. Yay təlimlərində iştirakım zamanı Azərbaycanın məntəqələrinin birində sinaqoqa daxil oldum. Sinaqonun ravvini ilə görüşdükdən sonra müxtəlif məsələlər üzərində danışmağa başladıq. 8 il öncə Azərbaycanda işləməyə gəlib. Rəhbərlik onu Azərbaycana göndərəndə ravvin bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin hökm sürdüyünü, yəhudilərə qarşı sərt münasibətin olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq məcburi şəkildə Azərbaycana gələn ravvin indi buranın vətəndaşı olmaq üçün ərizəylə müraciət edib. Budur Azərbaycan multikulturalizmi. Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bunu qorumaq üçün çalışır.

 
Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışıb. Çıxışında o deyib ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi  müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır. 
  
Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirib: "Məsələn Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq. Bizim tariximizə baxsanız orada heç zaman dinlərarası, millətlərarası savaş olmayıb. Bizim 20 faiz torpağımız Ermənistan tərəfindən işğal edilib. Bununla belə Azərbaycanda ermənilərə qarşı düşmənçilik aşılanmır. Bizdə daima belə olub. Azərbaycana gələn Əlcəzirə beynəlxalq televiziyasının əməkdaşı ilə görüşdüm. Müxbirə Azərbaycana gəlməmişdən öncə nə kimi məlumatlar əldə etdiyini soruşdum. Dedi: "Bəli mən Azərbaycanla bağlı məlumatlar əldə etməyə cəhd etdim. Təəssüflüklə deyim ki, Azərbaycan barədə çox bədbin məlumatlarla rastlaşdım. Azərbaycan Əfqanıstanın Kabulu kimi tanıtdırılır. Lakin bura gəldikdən sonra əldə etdiyim məlumatların tamamilə yanlış olduğunu gördüm. Burada xalq mehriban şəkildə yaşayır. Sabitlikdir. Azərbaycan inkişaf etməkdə olan müsəlman ölkələrindən biridir." Mən də təəssüf edirəm ki, aparıcı KİV nümayəndələri Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər. Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir".
 
M.Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə də toxunub: "42 ölkədə bu gün məzhəblər arası, millətlərarası savaşlar gedir. Hər il ən az 200 min insan bu savaşlarda həyatını itirir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd (ə) və onlarla birlikdə kitablar göndərilib. Bütün dinlər hazırda baş verənləri tənqid edir. Heç bir din insan ölümünü dəyərləndirmir. Maraqlıdır peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər."
 
DQİDK-nin sədrindən sonra  Azərbaycan Respublikasının Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili  Azay Quliyev terrorçulara din adı verilməsinə narazılığını bildirib: "Bu gün media nəhəngləri terrorçuları islamçı kimi təqdim etməyə çalışır. Bu gün İŞİD adında terror təşkilatı var. Bunlar terrorçulardı. Terrorçuların hər hansı dinlə heç bir əlaqəsi yoxdur. Təəsüf ki, bu gün həm beynəlxalq, həm də bəzi yerli mətbuatda onları "İslam Dövləti" kimi təqdim edirlər. Onlar özlərini nə cür adlandırırlarsa adlandırsınlar. Onların özlərini islamçı adlandırması həqiqətdə onların dindar olmasına sübut deyil. Burda iştirak edən mətbuat nümayəndələrindən də bu məsələyə diqqətli olmalarını istəyirik."
 
Qeyd edək ki, forum dini və milli tolerantlıqla bağlı müxtəlif mövzulara həsr edilən panellərlə davam edəcək. Panellərdə Misir, ABŞ, Gürcüstan digər ölkələrdən olan ekspertlər çıxış edəcək.

Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

/haberimaj/habergaleri/5T2F4P5R4C1F.JPG
  1. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  2. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  3. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  4. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  5. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  6. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  7. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  8. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  9. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  10. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  11. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  12. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  13. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  14. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  15. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  16. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  17. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  18. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  19. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  20. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

  21. Millət vəkili: Media nəhəngləri terrorçuları islamçı kimi təqdim edir (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.