haberL haberR

"Magistr" dərəcəsinin verilməsində dəyişiklik

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 20.06.2016 13:00:33

Azərbaycan Nazirlər Kabineti "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliklər "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında" Azərbaycan Prezidentinin 2015-ci il 20 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə edilir.

Dəyişikliklərə əsasən, "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nda magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər respublikanın bütün ali təhsil müəssisələri ilə yanaşı, AMEA-ya da şamil ediləcək.

Müvafiq ixtisas üzrə magistr hazırlığı AMEA istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçiriləcək.

İndiyədək isə hazırlıq yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.