haberL haberR

“Magistr” jurnalının 4-cü sayı nəşr olunub

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 12.05.2015 10:39:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrların istifadəsinə verilib

TQDK-dan islamazeri.az-a verilən məlumata görə, jurnalda aşağıdakı materiallar əksini tapıb:

• 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan;
• “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat;
• “Bakalvrın elektron ixtisaslaşma seçimi ərizəsi” formasının nümunəsi;
• Qəbul aparılan ixtisaslaşmalar;
• 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu.

Jurnalı www.abiturient.az saytından sifariş etmək və ya TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.