haberL haberR

Magistraturaya keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 13.05.2015 19:00:00

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş müsabiqənin nəticələri elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən  islamazeri.az-a verilən xəbərə görə,  2015/2016-cı tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri mayın 13-də saat 17:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirib. 
 

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə, öyrənə bilərlər. Qəbul olunanların siyahısı mayın 14-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.  

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfər oğlanlar, 2944 nəfər isə qızlardır. 

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.