haberL haberR

Mahmud Əhmədinejadın mühafizəçisi Suriyada şəhid oldu

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.10.2015 20:40:28

O, Hz.Zeynəb (ə) hərəminin vəhhabi terrorçularından müdafiəsində iştirak edib

İslamazeri.az "Fars" informasiya agentliyinə istinadən xəbər verir ki, dünən İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejadın mühafizəçisi Abdullah Baqiri Suriyanın Hələb şəhərində şəhid olub.

Abdullah Baqiri Hz.Zeynəb (ə) hərəminin vəhhabi terrorçularından müdafiəsində iştirak edib. 34 yaşlı Abdullah ailəli olub. Onun 2 qız övladı var.

Baqirinin qardaşının verdiyi məlumata əsasən, onun nəşi hələ İrana gətirilməyib və nə vaxt gətiriləcəyini bilinmir.

Qeyd: Manşetdəki foto arxivdəndir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.