Manat - ilin ən zəif valyutasıdır...
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 22.12.2015 14:07:30
Bu il dünyanın ən zəif valyutası manat olub

Ekspert Samir Əliyevin sözlərinə görə, milli valyutamız növbəti kəskin ucuzlaşmağa (47,6 faiz) məruz qalandan sonra ilin ən zəif valyutasına çervilib: “Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6 faiz ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6 faiz dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələri arasında liderdir. Milli valyutamız yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub”.
Onun sözlərinə görə, növbəti yeri 91,46 faizlə Qazaxıstan və 54,37 faizlə Belorus tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15 faiz) 4-cü olub. Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04 faiz) və Qırğızıstanda (28,82 faiz) ucuzlaşma təxminən eyni səviyyədə olub.. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40 faiz olub.
“Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7 faiz itirib. Moldova leyi 25,44 faiz ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81 faiz və 14,68 faiz təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95 faiz ucuzlaşıb”,- deyə ekspert vurğulayıb. (musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.