haberL haberR
Ötən axşam Marneuli rayon qamqeobasının (icra hakimiyyətinin) təşəbbüsü ilə Marneulidə təşkil olunmuş iftar süfrəsində rayon və ətraf kəndlərində dəvət olunan mömin və müsəlmanlar iştirak edib

 İslamazeri.az-ın verdiyi xəbərə görə, mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri şeyxi və müftisi,  Kvemo Kartli bölgə qubernatoru, Marneuli rayon qamqebelisi (icra hakimi) və sakrebulo (bələdiyyə) sədri, müsəlman ölkələrinin səfirlik nümayəndələri və digər rəsmilər də iştirak edirdi. İfrat məclisində müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib, Allah ayının insanları saflığa, paklığa, doğruluğa, dürüstlüyə, şəfqətə və yardımlaşmağa səslədiyi haqda söhbətlər edildi. Ramazanın fəziləti və oruc ibadətinin əhəmiyyətindən danışılıb.

Belə iftar məclislərin artıq ənənəyə çevrildiyindən, ölkənin bir çox şəhər, rayon və kəndlərində yerli idarəetmə orqanlarının və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən keçirildiyi qeyd olunub.

Marneulidə iftar süfrəsi - Foto

/haberimaj/habergaleri/4W1I3R4U3E0I.JPG
  1. Marneulidə iftar süfrəsi - Foto

  2. Marneulidə iftar süfrəsi - Foto

  3. Marneulidə iftar süfrəsi - Foto

  4. Marneulidə iftar süfrəsi - Foto

  5. Marneulidə iftar süfrəsi - Foto

  6. Marneulidə iftar süfrəsi - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.