haberL haberR

Masallıda oğurluq edən keçmiş məhkum tutulub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 19.02.2016 15:01:12

Masallı rayonunda keçmiş məhkum oğurluq faktına görə saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Anar Xəlilov məlumat verib. Onun sözlərinə görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tofiq Yavər oğlu Ağayev şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan sonra müəyyənləşdirilib ki, T.Ağayev müxtəlif vaxtlarda gecə saatlarında Masallı şəhərinin Həzi Aslanov küçəsində yeni inşa olunmuş uşaq bağçasının pəncərəsindən qanunsuz daxil olaraq oradan müxtəlif adda tikinti və məişət avadanlıqları oğurlamaqla 3600 manat dəyərində maddi ziyan vurub.

Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun cibindən şəxsi istehlak miqdarından artıq çəkidə - 9, 741 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.