haberL haberR
Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb

Masallı rayonunda yanğın hadisəsi baş verib.

İslamazeri.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəlbəhüseynli kəndində vətəndaşa məxsus ümumi sahəsi 308 kvadratmetr (hər mərtəbəsi 154 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.