haberL haberR

Masazırdakı bu evlərin sökülmə ehtimalı var (Xəritə)

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.09.2015 12:00:00

ARDNŞ bu barədə məlumat verdi

"Masazırın bəzi yerlərində tikilən evlərin altından sızan şist qazı bu ərazilərdə yaşayış üçün təhlükəlidir. Bununla belə, həmin yerlərdəki evlərin sökülüb-sökülməyəcəyi haqqında qərarı Nazirlər Kabineti qəbul edəcək".

Bunu ANS PRESS-ə açıqlamasında Dövlət Neft Şirkətinin Mətbuat katibi Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, həmin ərazilərdə yoxlama davam etdirilir. Yekunlaşandan sonra isə həmin yoxlamanın nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək. "Yalnız bundan sonra hökumət o evlərin sökülüb-sökülməyəcəyi haqqında qərar qəbul edəcək", - deyə Nizaməddin Quliyev bildirib.


Balaxanı, Binəqədi, Səbail və Masazırda enerji ehtiyatları yaşayış üçün təhlükə yaradır.


Bir neçə gün əvvəl Ağdaşda verdiyi müsahibəsində Rövnəq Abdullayev Masazırda şist sızmasının bəzi yaşayış yerlərində həyat üçün təhlükə yaratdığını bildirib. O, neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz yerləşən həmin evlərin qanunsuzn tikildiyini qeyd edib. 

"Masazırın bəzi yerlərində yeraltı qrunt qaz sızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir", - deyə ARDNŞ-nin prezidenti bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.