haberL haberR

Maştağada 6 saatdır ki, işıq yoxdur - Ağacların budanmasına görə

Kateqoriya: Sosial Yayımlama tarixi: 01.04.2016 15:32:35

Bu gün səhər saatlarından etibarən Maştağa qəsəbəsinin bir hissəsində işıqlar sönüb.

Bu barədə qəsəbənin M.Ə.Sabir küçəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, küçədə artıq 6 saatdan çoxdur ki, işıq yoxdur.

“Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

O bildirib ki, sözügedən ərazidə qış rejimindən yay rejiminə keçidlə əlaqədar yenidənqurma işləri aparılır:

“Ağacların budanması, təmizlənməsi həyata keçirilir ki, onlar işıq xətlərinə maneə törətməsinlər. Buna görə də əməkdaşlarımızın təhlükəsizliyi məqsədilə ərazidə işıqlar söndürülüb. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.